Husi ordusunun sözçüsü Yəhya Sariya Əl Məsirə telekanalına verdiyi məlumata görə, husilər İsraildə bir sıra hədəflərə, o cümlədən Təl-Əvivdəki Baş Qərargaha dronlarla hücum ediblər.
Doğru.az xəbər verir ki, Sariya bildirib ki, Yəmən Hərbi Hava Qüvvələri İsrail hədəflərinə qarşı dörd pilotsuz uçan aparat (PUA) istifadə edərək dörd əməliyyat həyata keçirib.
“Biz ‘Səmməd-4’ dronundan istifadə edərək işğal olunmuş Yaffa şəhərində İsrail düşməninin baş qərargahına hücum etdik”, – deyə RİA Novosti onun sözlərini sitat gətirib.
Bundan əvvəl Yəmənin Ənsar Allah hərəkatının lideri Əbdülməlik əl-Husi İsrailə qarşı hücumları gücləndirməklə hədələyib.
DOĞRU.AZ