image-2000x150px
image-123
image-ads_atlas
image-fod8bdnxsaqzzjvbackend

İbrahimoviç yığmamıza qarşı oynayacaq? – İsveç millisinin heyəti açıqlandı – YENİLƏNİB + SİYAHI

image-728x90px

İsveç millisinin AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.

İsveç Futbol Federasiyasının yaydığı məlumata görə, komandanın baş məşqçisi Yanne Andersson 26 futbolçuya dəvət göndərib. Onlardan üçü qapıçı, doqquzu müdafiəçi, yeddisi yarımmüdafiəçi, yeddisi isə hücumçudur.

Siyahıda İtaliyanın “Milan” klubunda çıxış edən 41 yaşlı Zlatan İbrahimoviç də var.

Qapıçılar: Kristoffer Nordfeldt (AIK), Robin Olsen, (“Aston Villa”, İngiltərə), Viktor Yohansson (“Roterham Yunayted”, İngiltərə);

Müdafiəçilər: Emil Holm (“Spetsiya”, İtaliya), Ludviq Auqustinsson (“Malyorka”, İspaniya), Hyalmar Ekdal (“Bernli”, İngiltərə), Viktor Lindelöf (“Mançester Yunayted”, İngiltərə), İsak Hein (“Verona”, İtaliya), Joel Andersson (“Midtülland”, Danimarka), Qabriel Qudmundsson (“Lill”, Fransa) Edvin Kurtuluş (“Hammarbü”), Karl Starferlt (“Seltik”, Şotlandiya);

Yarımmüdafiəçilər: Yesper Karlsson (“AZ Alkmaar”, Niderland), Emil Forsberq (“Leypziq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtülland”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Spetsiya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa);

Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Quayson (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Antoni Elanqa (“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş (“Koventri”, İngiltərə).

İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini qəbul edəcək.

15:42

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycana qarşı keçiriləcək oyunlar üçün İsveç millisinə dəvət oluna bilər.

Bu barədə yığmanın baş məşqçisi Yanne Anderson bildirib. O deyib ki, təcrübəli hücumçunu milliyə dəvət etmək istəyir.

“Zlatan meydançaya çıxa bilməyəndə belə, onun liderlik keyfiyyətləri komandaya müsbət təsir edir”, – deyə Anderson qısaca qeyd edib.

Martın 27-də Solna şəhərindəki “Friends Arena” stadionunda keçiriləcək İsveç-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki