image-2000x150px
image-123
image-ads_atlas
image-qrant-vahlbackend

 İdman jurnalisti Qətərdə qəsdən öldürülüb?

image-728x90px

Jurnalist Coş Qlansi dünya çempionatının 1/4 finalında Argentina – Hollandiya matçı zamanı ölən həmkarı Qrant Vahl haqda danışıb.

Qarşılaşmanın əlavə vaxtında huşunu itirən Vahl xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Hadisə Çoşun gözü qarşısında baş verib. O, həmkarının ölüm səbəbini defibrilyatorun olmaması ilə əlaqələndirib:

“Niyə defibrilyator yox idi? Bu, bir-birimizə verdiyimiz sual idi, çünki həkimlərin Qrantı özünə gətirmək üçün bütün cəhdləri nəticə vermədi. Yataq otaqları, dəbdəbəli VIP otaqları olan ən müasir, milyard dollarlıq stadionda defibrilator əl altında deyildi. Biz defibrilatorun gətiriləcəyini çox gözlədik, amma tapılmadı”.

Qrant Vahlın qardaşı onun səhhətində problem olmadığını bildirib. O, Qətərdə təhdidlər alan qardaşının təbii ölümünə inanmadığını deyib.

Jurnalist ABŞ – Uels oyunundan əvvəl üzərində göy qurşağı bayrağı olan köynək geyindiyi üçün uzun müddət stadiona daxil ola bilməyib.

Qeyd edək ki, UEFA da daxil olmaqla bir sıra federasiyalar və idman qurumları futbol matçlarının keçirildiyi stadionlarda defibrilyatorun olmasını tələb edir. 2021-ci ildə Bakı da daxil olmaqla 12 şəhərin qəbul etdiyi Avropa Çempionatı zamanı bütün arenalarda bu cihaz olub. Nəticədə Danimarka – Finlandiya oyununda ürəyi dayanan Kristian Eriksenin həyatını məhz defibrilyator vasitəsilə xilas etmək mümkün olub. Turnirin Bakıdakı oyunları bitdikdən sonra həmin cihazlar AFFA tərəfindən istifadə üçün klublara təqdim edilib.

Heybət

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki