image-n1karobka_ads
image-123
image-17588115323882940279_1200x630backend

III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejiminə keçib

image-ad_qayo_720x110px

28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək III MDB Oyunları ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Doğru.az xəbər verir ki, agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçiriləcəyi şəhərlərə cəlb olunublar.

Məlumata görə, idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə xüsusi tədbirlər görülüb. Qonaqlar həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanından təşkil edilən şatllarla daşınır. Bu məqsədlə hava limanı daşımaları üçün 40 “Neoplan” markalı avtobus ayrılıb.

Sentyabrın 24 və 25-də AYNA tərəfindən 6 reys həyata keçirilib və 9 avtobusla 180 sərnişin hava limanlarından tədbir şəhərlərinə daşınıb. Bundan əlavə, iştirakçıların yarış və digər məkanlar arasında hərəkəti üçün 93 “Yutong” və “Neoplan” markalı avtobus ayrılıb. Onlardan 10-u artıq Qəbələdə başlayan oyunlar üçün xidmət göstərir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki