image-nerjbanner
image-ads_atlas
image-bagca-1backend

İki bağçaya elektron qeydiyyat – BAŞLAYIR

image-nerjbanner

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki yeni istifadəyə verilmiş iki uşaq bağçasına elektron qeydiyyata start verilib.

Təhsil İdarəsindən Doğru.az-a bildirilib ki, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 348 nömrəli uşaq bağçası və Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 347 nömrəli körpələr evi-uşaq bağçasına uşaqların qəbulu prosesinə başlanılıb. Həmin ərazidə yaşayan valideynlər https://www.bq.edu.az qeydiyyat sistemində şəxsi kabinet yaradaraq övladlarını qeydiyyatdan keçirə və növbəyə yazıla bilərlər.

Qeyd edək ki, 348 nömrəli uşaq bağçasında 5 qrupun, 347 nömrəli körpələr evi-uşaq bağçasında isə 7 qrupun fəaliyyətə başlaması nəzərdə tutulur.

DOĞRU.AZ

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki