image-2000x150px
image-123
image-ads_atlas
image-upload-ria_8557153-pic_32ratio_900x600-900x600-11419backend

İki F-35 təcili eniş edib

image-728x90px

Yaponiya Hərbi Hava Qüvvələrinə məxsus iki beşinci nəsil F-35A qırıcısı Aomori prefekturasının hava limanına təcili eniş edib.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, məcburi enişin səbəbi təyyarənin elektronikasında yaranan problemlər olub. Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.

Hadisə ilə əlaqədar hava limanının uçuş-enmə zolağı bağlanıb. Hazırda hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır.

F-35 Lightning II, Lockheed Martin tərəfindən üç variantda hazırlanmış beşinci nəsil gizli, çoxməqsədli döyüş təyyarələri ailəsidir.

Mənbə:  A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki