İki polşalı əsgər post dəyişikliyi zamanı bir-birinə silah ötürərkən yaralanıb.
Bu barədə RFM 24 Polşa Silahlı Qüvvələrinin operativ komandanlığına istinadən məlumat yayıb.
Hadisə Belarusla sərhəddə yerləşən Novaya Luka kəndi yaxınlığında baş verib.
“Posta dəyişikliyi zamanı silahların ötürülməsi zamanı xidməti silahlardan nəzarətsiz atəşlər baş verib, nəticədə 18-ci mexanikləşdirilmiş diviziyanın birinci tank batalyonunun əsgəri ayağından yaralanıb”, – məlumatda deyilir.
Zərərçəkmiş helikopterlə Bialystok xəstəxanasına aparılıb. İkinci əsgər barmağından yaralanıb və xəstəxanaya yerləşdirilib. Onların həyatı təhlükədə deyil.
Hadisənin baş vermə şəraiti hərbi polis tərəfindən araşdırılır.
Bundan əvvəl Polşada Rumıniya hərbçilərinin iştirakı ilə keçirilən təlimlər zamanı bir neçə binaya ziyan dəyib.
Mənbə RİA Novosti