Salyan Regional Qaz İstismarı İdarəsinin məlumatına görə, sabah İmişli rayonunun Qaralar kəndində 800-ə yaxın abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Doğru.az xəbər verir ki, buna səbəb kənd ərazisindən keçən 108 mm-lik qaz kəmərinin yerinin dəyişdirilməsi ilə bağlı aparılacaq işlərdir. Saat 14:00-dan etibarən işlər yekunlaşanadək Qaralar kəndində qaz verilişi dayandırılacaq.
Bundan başqa, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Oxu.Az-a açıqlamasında bildirib ki, 04.09.2025-ci il tarixdə Bakının Nərimanov rayonunda da qaz təchizatı dayandırılacaq. H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri səbəbindən həmin ərazi ilə yanaşı A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təminatında da fasilə olacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
DOĞRU.AZ