image-ads_n1karobka_mobile
image-ejqnqatitwpqpkahtn2twc-1200-80backend

İngiltərə Liqa Kuboku: “Mançester Yunayted” üç, “Nyukasl” iki qolla yarımfinalda – VİDEO

İngiltərə Liqa Kubokunda (EFL Cup) 1/4 final mərhələsinə start verilib.

İlk oyun günündə iki matç keçirilib.

“Mançester Yunayted” öz meydanında “Çarlton”a şans verməyib – 3:0.

Antoninin bir, Reşfordun isə iki qolu “qırmızı şeytanlar”ı növbəti mərhələyə çıxarıb.

Digər matçda isə “Nyukasl” “Lester”dən üstün olub – 2:0.

Börn və Joelinton qələbəni gətirən qolların müəllifləri olublar.

Qeyd edək ki, mərhələnin digər iki matçında “Nottingem Forest” “Vulverhempton”la, “Sauthempton” isə “Mançester Siti” ilə qarşılaşacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki