image-2000x150px
image-123
image-ads_atlas
image-0_thp_chp_270723slug_0489jpg-pic_32ratio_1200x800-1200x800-37256backend

İngiltərədə “Barbie” filminin nümayişi zamanı iki qadın dava edib

image-728x90px

İngiltərədə kinoteatrda “Barbie” filminin nümayişi zamanı iki qadın dava edib.

Hadisənin şahidlərindən birinin dediyinə görə, qadınlar arasında yaranan münaqişə səbəbindən kinoteatrın rəhbərliyi filmin nümayişini dayandırıb. Tamaşaçılar yumruqla bir-birinin üstünə atılarkən, qalanlar öz yerlərində oturub döyüşün nəticəsini gözləyirdilər. Nəticədə təhrikedicilər zaldan çıxarılıb, onların fikir ayrılığına səbəb nə olduğu isə naməlum olaraq qalıb.

Barbie nümayişinə də gələn İzzi Poulter “biletin dəyərini geri qaytardıq və başqa bir filmə pulsuz bilet aldıq” dedi.

Hadisə yerindən kadrlar sosial şəbəkələrdə yayılmağa başlayandan sonra şərhçilər qadınların döyüşünün filmdən daha maraqlı olduğunu açıq şəkildə zarafatyana salmağa başlayıblar. Polis əlavə edib ki, hadisənin başvermə şəraiti araşdırılır.

“Şübhəlilər hadisədən sonra binanı tərk ediblər və araşdırmalar davam etdirilir”, – məmurların bəyanatında deyilir.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki