image-2000x150px
image-123
image-ads_atlas
image-28547_tdhe6x4dh5backend

İntihar etmək istəyən yeniyetməni polis xilas etdi – FOTO

image-728x90px

Bu gün günorta saatlarında Balakən rayon sakini, 2006-cı il təvəllüdlü S.Məmmədova (şərti) şəhərin Nəriman Nərimanov küçəsində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etmək istəyib.

Doğru.Az xəbər verir ki, əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onunla psixoloji söhbətlər aparsa da, həmin şəxs fikrindən daşınmayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, 16 yaşlı qız intihara cəhd edib. Yeniyetmə özünü binadan atan zaman polis əməkdaşı onu tutub. Bu zaman onların hər ikisinin həyatı üçün təhlükə yaranıb. Ancaq digər polislərin köməyi ilə bədbəxt hadisənin qarşısı alınıb.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki