Moldovanın keçmiş prezidenti İqor Dodon ölkənin dərin böhran yaşadığını və faktiki olaraq iflas astanasında olduğunu bəyan edib.
Doğru.az xəbər verir ki, siyasətçi bunu öz Telegram kanalında yazıb.
Dodon qeyd edib: “Moldova dərin böhran yaşayır. Dövlət faktiki olaraq iflas astanasındadır, iqtisadiyyat isə komadadır”.
Onun sözlərinə görə, Moldova hazırda regionda iqtisadi artım göstərməyən yeganə ölkədir.
Keçmiş prezident daha əvvəl də bildirmişdi ki, ölkənin hazırkı lideri Maya Sandu Ukrayna münaqişəsi ilə bağlı məsələlərdə “qlobalist strukturların diktəsinə” əməl edir.
DOĞRU.AZ




























