image-n1karobka_ads
image-123
image-bwoq8kplzhk1nm3z9ae7zcjxkgi2vvmrlqfsnjkr_640backend

İqtisadi Şura 2026-cı ilin büdcəsini müzakirə etdi – FOTO

image-ad_qayo_720x110px

İqtisadi Şuranın növbəti iclası Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilib.

Nazirlər Kabinetindən bildirilib ki, iclasda 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri, növbəti üç il üçün icmal büdcə göstəriciləri, dünya iqtisadiyyatının inkişaf meyilləri, büdcə proqnozlarında əsas fərziyyələr, cari iqtisadi vəziyyət və 2025-2029-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar ətraflı müzakirə olunub.

Doğru.az xəbər verir ki, iclasda həmçinin Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi, “Böyük Qayıdış” Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticəəsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri və makroiqtisadi sabitlik məsələləri müzakirə edilib.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzələri dinlənilib. Gündəlikdəki məsələlər üzərində Şura üzvləri tərəfindən fikir mübadiləsi aparılıb.

İclasın yekununda 2026-cı ilin büdcə zərfinə daxil olan sənəd və məlumatların Azərbaycan Prezidentinə təqdim olunması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

DOĞRU.AZ

image-8gljovvdvkuhbjlbxrv1zczdmnjrfez2h4qfumtl_1200 image-nujuhlk7ozxp99m6ziobf58rcneqmzkw5hdujrso_640 image-67mexnnw9cxcyusijdzcb4t1cpjw2swajsn1nmmw_640 image-dg8qe1vklrrqwyrkl2khbebrhiiigstvnlb4tatu_640 image-1jhaiijepji1yioifedrdpmiq5bslq9y9lsots8r_640 image-avo1lnloqcglxh2y3dmsv5njpgzt7228axwrtwfl_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki