image-n1karobka_ads
image-123
image-owl_detail_620_984058d3bda49060386bdd7baf088963backend

İran Kanada ordusunu qara siyahıya salmağı təklif edir

Kanadanın SEPAH-ı terrorçular siyahısına əlavə etmək qərarına cavab verib. İran Məclisi (parlament) Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qruplar siyahısına salmaq qərarını pisləyib və cavab olaraq Kanada ordusunu öz qara siyahısına daxil etməyi təklif edib.

 

Doğru.az xəbər verir bu barədə IRNA agentliyi məlumat yayıb .

Aydındır ki, sənədin mətnində Kanada hakimiyyətinin SEPAH-ı terrorçular siyahısına əlavə etmək üzrə hərəkətləri “bütün beynəlxalq qanun və qaydalara zidd olan axmaq hərəkət” adlandırılıb.

Bundan əlavə, sənəddə İslam İnqilabı Keşikçiləri Korpusunun daxili təhlükəsizliyin, İranın ərazi bütövlüyünün və regionda məzlum ölkələrin müdafiəsinin təmin edilməsində oynadığı rol qeyd olunur.

Agentliyin məlumatına görə, bəyanatı İran parlamentinin 250 üzvü imzalayıb. Hazırda sənəd ümumi baxılmaq üçün hazırlanır.

İyunun əvvəlində Kanada hakimiyyəti İİKK-nı terror təşkilatı kimi tanıyıb . Ölkənin ictimai təhlükəsizlik naziri Dominik LeBlan qeyd edib ki, Kanada SEPAH ilə mübarizə üçün əlindən gələni edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki