image-n1karobka_ads
image-123
image-img_20241002_093748_615backend

İran prezidenti zərbələri İsrailin təcavüzünə həlledici cavab adlandırıb

image-ad_qayo_720x110px

İran prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket zərbəsini İsrailin təcavüzünə həlledici cavab adlandırıb.

“İran və region üçün sülh və təhlükəsizlik məqsədi ilə qanuni hüquqlar əsasında sionist rejimin təcavüzünə qəti cavab verildi. Bu aksiya İranın maraqlarını və vətəndaşlarını qorumaq üçün həyata keçirilib”, – o , X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İsrail bilməlidir ki, İran istənilən təhlükə ilə qəti şəkildə üzləşə bilər. Bundan əlavə, Pezeşkian İranla münaqişəyə girməməyə çağırıb.

Oktyabrın 1-i axşam saatlarında İran HƏMAS və Hizbullah liderlərinin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun rəis müavininin öldürülməsinə cavab olaraq İsrailə raket hücumu həyata keçirib.

İsrail ordusu İranın hücumunun nəticələrinin olacağı ilə hədələyib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki