İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya prezidenti Vladimir Putin ilə keçirdiyi görüşü yüksək qiymətləndirib.
Doğru.az xəbər verir ki, nazir bildirib ki, görüş zamanı ölkəsində və bütövlükdə regionda mövcud vəziyyət daxil olmaqla müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb və tərəflər razılığa gələcəklərinə əminlik ifadə olunub.
İran Xarici İşlər Nazirliyi daha əvvəl açıqlayıb ki, Əraqçi görüş zamanı İran rəhbərliyini ABŞ ilə münaqişəyə son qoymaq istiqamətində görülən səylər barədə Rusiya liderinə məlumat verib.
DOĞRU.AZ

























