İranın xam neft saxlama imkanları sürətlə azalır. Məlumata görə, ABŞ sanksiyaları səbəbindən ölkənin neft ixracı demək olar ki, dayanıb.
Doğru.az xəbər verir ki, Bloomberg yazır ki, İran neftini daşıyan tankerlər Çabahar limanı yaxınlığında toplaşıb. United Against Nuclear Iran və Windward peyk məlumatlarına əsasən bölgədə 6–8 supertanker və bir neçə kiçik gəmi var.
Neft tankerlərə yüklənsə də, onu bazara çıxarmaq çətinləşib. Hörmüz boğazı üzrə nəqliyyatın demək olar sıfıra düşdüyü bildirilir. ABŞ tankerləri Hind okeanında saxlayır və İran nefti alan Çin zavodlarına sanksiyalar tətbiq edir.
Vortexa hesab edir ki, hazırda təxminən 155 milyon barel İran nefti tankerlərdə və tranzitdə saxlanılır. Analitiklər bildirir ki, blokada yumşaldılmasa, İran hasilatı dayandırmağa məcbur qala bilər. Tehran isə köhnə tankerləri yenidən istismara qaytarmağa başlayıb.
DOĞRU.AZ

























