image-2000x150px
image-ce5727db-de01-4af6-9f56-a4615da5c1f2backend

İranlılar qaz istehlakı üzrə dünya rekorduna imza atıblar

image-728x90px

İranlılar evlərində mavi yanacağın istehlakı üzrə dünya rekordunu praktiki olaraq yeniləyiblər.

Ölkənin neft naziri Cavad Oudci hətta təbii qazın belə israfçı və səmərəsiz istifadəsinə tab gətirə bilməyərək məsələyə müdaxilə edib. Onun sözlərinə görə, ölkədə məişət qazı istehlakı sutkada 630 milyon kubmetrdən çox olmaqla rekord həddə çatıb. Soyuq günlərdə istehlakın 650 milyon kubmetr səviyyəsinə çatması mümkündür.

“Dünyanın heç bir ölkəsində məişət ehtiyacları üçün bu qədər qaz istehlak edilmir. Biz qəti şəkildə inanırıq ki, bu 630 milyon kubmetrin böyük hissəsi boş yerə gedir”, – deyə o bəyan edib.

Müqayisə üçün qeyd edək ki, Aİ ölkələri 2022-ci ilə qədər soyuq mövsümdə orta hesabla 220 milyon kubmetr istehlak ediblər. Bu, iranlılardan 3 dəfə azdır. Eyni zamanda, Aİ ölkələrinin əhalisi 446-447 milyon nəfər, İranın əhalisi isə 87 milyon nəfərdir.

Xatırladaq ki, qaz ehtiyatlarına görə İran Yaxın Şərqdə birinci, dünyada isə 16,48% payla Rusiyadan sonra ikinci yerdədir.

Eyni zamanda vurğulamaq lazımdır ki, gündə 630 milyon kubmetr qaz istehlakı İranda ümumi qaz hasilatının demək olar ki, 74%-ni təşkil edir.

Əlavə olaraq bildirmək yerinə düşər ki, dünyada ən çox elektrik enerjisi sərf edən də məhz iranlılardır.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ