image-n1karobka_ads
image-123
image-692de37602e8bd269e3f670fbackend

İraq ABŞ neft şirkətlərini Qərbi Qurna-2 yatağına dəvət etdi

image-ad_qayo_720x110px

İraqın Neft Nazirliyi ABŞ-ın iri neft şirkətlərini ölkənin cənubundakı böyük Qərbi Qurna-2 neft yatağının işlənməsinə dəvət edib.

Doğru.az xəbər verir ki, nazirlik bu barədə Facebook səhifəsində məlumat yayıb. Bəyanata görə, dəvət ABŞ-a Rusiya şirkəti Lukoylun sanksiyalar səbəbindən layihədən çıxmaq niyyətini elan etməsindən sonra verilib.

Neft Nazirliyi qeyd edib ki, ABŞ şirkətlərinə “rəsmi danışıqlara başlamaq və texniki, kommersiya təkliflərini təqdim etmək üçün birbaşa və eksklüziv dəvət” göndərilib. Məlumatda bildirilir:
“Neft Nazirliyi “Qərbi Qurna-2” yatağının idarə olunması uğrunda rəqabət aparmaq üçün ABŞ-ın bir sıra iri neft şirkətlərinə rəsmi danışıqlara başlamaq və texniki və kommersiya təkliflərini təqdim etmək üçün birbaşa və eksklüziv dəvət göndərib.”

Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak qlobal neft bazarında vəziyyətin sabit olduğunu və OPEC+ sazişinin mühüm rol oynadığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki