İraq və Səudiyyə Ərəbistanı Avropa regionundan alıcılar üçün neftin qiymətini qaldırmağa qərar verib.
Bu barədə Bloomberg məlumat yayıb.
Nəşr qeyd edib ki, Bağdadın iyun ayı üçün təyin etdiyi Basrah Medium neftinin qiyməti ötən ilin ən yüksək qiyməti olub. Ər-Riyad həmçinin Avropa üçün qara qızılın qiymətini qaldırmağa qərar verib.
Agentliyin məlumatına görə, Asiyadan olan alıcılar üçün neftin qiyməti dəyişməz qalıb, hətta bir qədər ucuzlaşıb.
Doğru.az