image-n1karobka_ads
image-123
image-fb_img_1624393797877backend

İş adamı Tural Zeynalovun atası Şəmkir Rayon Mərkəzi Xəstəxanasında müalicə alır

İkinci Qarabağ müharibəsi ərəfəsində orduya və müharibədən sonra şəhid ailələrinə yardım edən, xeyriyyəçi Tural Zeynalov ötən gün həbs edilməsi ilə bağlı məlumat dərc etmişdik.

Doğru.az-ın məlumatına görə Tural Zeynalovun atası Allahverdi Zeynalov Birinci Qarabağ müharibəsində orduya 1 milyon 100 min manat maddi dəstək göstərib.

image-img-20210624-wa0001

İki gün öncə məlum hadisə zamanı Şəmkir rayon polis şöbəsinin cinayət-axtarışı bölməsinin rəisi Vüqar Qarayev və onunla birlikdə 7-8 mülkü geyimdə olan polis əməkdaşı “Qala” ailəvi istirahət mərkəzinə gəlib, orada müəssisənin sahibi Allahverdi Zeynalovu döyüb, oğlu Tural Zeynalovu həbs ediblər.

Hal-hazırda Allahverdi Zeynalov Şəmkir Rayon Mərkəzi Xəstəxanasında müalicə alır. Allahdan şəfa diləyirik.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki