image-ads_n1karobka_mobile
Prezident İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılması ilə bağlı-SƏRƏNCAM İMZALADI.backend

Prezident İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılması ilə bağlı-SƏRƏNCAM İMZALADI.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Əlaqələndirmə Qərargahı (bundan sonra – Qərargah) yaradılıb: Qərargahın rəhbəri Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Qərargahın üzvləri Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov – Azərbaycan Respublikasının…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki