image-ads_n1karobka_mobile
image-bez-nazvaniya-2backend

İsmayıllıda avtomobillər toqquşub, yaralılar var

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-21099 və “Mercedes-Benz” markalı avtomobillər toqquşublar.

Nəticədə VAZ-ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki