İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Toğrul Hacıyevin cinayət işi üzrə məhkəməsi başlayır.
Iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Rafail Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı sentyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında İsmayıllı-Qaraməryəm yolunun rayondan keçən hissəsində qeydə alınıb.
Belə ki, T.Hacıyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra maşın yoldan çıxaraq səkiyə çarpılıb.
Hadisə zamanı İsmayıllı rayon sakinləri – 1999-cu il təvəllüdlü Məmmədov Yunis Mirzağa oğlu, 1999-cu il təvəllüdlü T.Hacıyev, 1996-cı il təvəllüdlü Məsimli Taleh Qənimət oğlu, 1999-cu il təvəllüdlü Zeynalov Mətin Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səyinə baxmayaraq, Y.Məmmədov dünyasını dəyişib