image-n1karobka_ads
image-123
image-img-20260129-wa0046backend

İspaniyada Azərbaycanın qastroturizm imkanları tanıdıldı – FOTO

image-add-a-heading

26–28 yanvar tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən Madrid Qidalar Qovşağı Beynəlxalq Konqresində (“Madrid Fusion 2026”) Azərbaycanın qastroturizm imkanları tanıdılıb.

Doğru.az xəbər verir ki, tədbir çərçivəsində ölkəmizin qastroturizm potensialının təqdim olunması məqsədilə milli qastronomiya stendində milli mətbəx nümunələri, o cümlədən Slow Food “Dad gəmisi” siyahısına daxil olan biomüxtəliflik nümunələri, milli qənnadı məmulatları və quru meyvələr nümayiş etdirilib və ziyarətçilərə təqdim olunub.

Milli mətbəx nümunələrinin təqdim olunduğu iki ustad dərsi təşkil edilib, Azərbaycanın qastroturizm imkanlarını təşviq edən videoçarxlar nümayiş etdirilib və milli mətbəx nümunələrinin dequstasiyası keçirilib.

Azərbaycan stendini Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov ziyarət edərək nümayiş etdirilən məhsullarla tanış olub. Həmçinin milli qastronomiya stendini “elBulli” fondunun direktoru, “Michelin” ulduzlu usta aşpaz Ferran Adrià da ziyarət edib.

Konqres çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ilə beynəlxalq qastronomik təsnifat qurumu olan “La Liste” təşkilatının beynəlxalq direktoru Stefani Kim arasında görüş keçirilib. Görüşdə “La Liste” ilə əməkdaşlıq imkanları və Azərbaycanın qastronomiya məhsullarının beynəlxalq miqyasda tanıdılması məsələləri müzakirə olunub.

Bundan əlavə, “Madrid Fusion”un qurucusu, “Gastroactitud” rəqəmsal qastronomiya jurnalının təsisçisi Xose Karlos Kapel ilə gələcək əməkdaşlıq perspektivləri, Azərbaycanın qastronomiya və kulinariya irsinin “Gastroactitud” və digər beynəlxalq platformalarda təqdimatı istiqamətində fikir mübadiləsi aparılıb.

Qastronomiya üzrə ekspertlər, İspaniya Aşpazlar və Şirniyyatçılar Federasiyasının (FACYRE) və İspaniya Qonaqpərvərlik Biznesləri Konfederasiyasının (HOSTELERÍA DE ESPAÑA) nümayəndələri ilə keçirilən görüşlərdə əməkdaşlıq imkanları, Azərbaycana məxsus məhsullar, Abşeron zəfəranının unikallığı, zəfəran yığımı marşrutlarının yaradılması təklifləri və digər mövzular müzakirə edilib.

Qeyd edək ki, beynəlxalq qastronomiya üzrə nüfuzlu tədbirlərdən biri olan “Madrid Fusion” hər il keçirilərək dünyanın müxtəlif ölkələrindən qida brendlərini, turizm şirkətlərini, dövlət qurumlarını, “Michelin” ulduzlu aşpazları, restoran sahiblərini, tədqiqatçıları və media nümayəndələrini bir araya gətirən strateji tanıtım və əməkdaşlıq platforması kimi çıxış edir.

DOĞRU.AZ

image-img-20260129-wa0045 image-img-20260129-wa0047 image-img-20260129-wa0050 image-img-20260129-wa0049 image-img-20260129-wa0048 image-img-20260129-wa0052 image-img-20260129-wa0051 image-img-20260129-wa0055 image-img-20260129-wa0054 image-img-20260129-wa0053 image-img-20260129-wa0059 image-img-20260129-wa0058 image-img-20260129-wa0057 image-img-20260129-wa0056

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki