İspaniyada Marbella şəhərinin çimərliklərindən birində çöl donuzları əşyalarında yemək axtararaq istirahət edənləri qorxudub.
Bu barədə Daily Mirror məlumat yayıb.
Hadisə qonaqlardan biri tərəfindən kameraya düşüb. Videoda iki heyvanın ziyarətçilərin çantalarını gəzdiyini görmək olar. Daha sonra bir neçə çöl donuzu cəld şezlonqlara tərəf qaçaraq onların üstünə tullanıb və plastik torbalardan birində yemək axtarmağa başlayıb.
Heyvanlar tapdıqları yeməyi yedikdən sonra çimərliyin başqa hissəsinə getsələr də, əllərində pivə olan bir adam onların yolunu kəsib. O, yüksək səslə qabanları qovdu.
Yerli kənd mühafizə təşkilatının məlumatına görə, bu yerlərdə bu cinsdən olan heyvanlar gündüzlər belə gizlənməyə öyrəşmirlər. Yemək və su tapmaq üçün sahilə gəldilər.
Mənbə: Haberler.com