İsrail Müdafiə Qüvvələri (IDF) Livanın paytaxtı Beyrutda məqsədyönlü hava zərbəsi həyata keçirib. İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, əməliyyat əsas Hizbullah üzvlərindən birinə qarşı aparılıb.
Doğru.az xəbər verir ki, RT müxbiri Hüseyn Aya zərbənin Beyrutun cənubundakı Haret Hreik bölgəsindəki bir binaya endirildiyini bildirib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının 5 yüksək rütbəli üzvünün məhv edildiyini açıqlamışdı.
DOĞRU.AZ




























