İsrail hərbçiləri bütün fələstinliləri Qəzza zolağından çıxmağa və cənuba daha təhlükəsiz yerlərə getməyə çağırıb.
Bu barədə Associated Press məlumat yayıb.
“İsrail Qəzzadakı hər kəsi cənubdan Deyr əl-Bələh bölgəsinə doğru iki “təhlükəsiz marşrut”la getməyə çağıran vərəqələr ataraq qəzzalıları evakuasiya əmri ilə məlumatlandırıb.
Agentlik aydınlaşdırır ki, Qəzza zolağının 2,3 milyon sakininin əksəriyyəti artıq yaşayış yerlərini tərk edib. Onların bir çoxu hazırda cənubda çadır şəhərciklərində yaşayır.
Bundan əvvəl İsrail Qəzzadakı qaçqın düşərgəsindəki məktəbin ərazisinə radikallara zərbələr endirib.
DOĞRU.AZ