image-n1karobka_ads
image-123
image-israel-180109-israel-mn-copy-pic_32ratio_1200x800-1200x800-44084backend

İsrail müharibəni maliyyələşdirmək üçün dövlət borcunu və vergiləri artırmağı planlaşdırır

image-ad_qayo_720x110px

İsrail 2024-cü ildə dövlət borcunu 60 milyard dollar artırmağı, dövlət qulluğuna qəbulu dondurmağı və Qəzza zolağında Fələstinin Həmas qruplaşmasına qarşı hərbi əməliyyatları maliyyələşdirmək üçün vergiləri artırmağı planlaşdırır. Bu barədə “Financial Times” qəzeti yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Beləliklə, İsrail müdafiə xərclərini demək olar ki, iki dəfə artırmağı planlaşdırır.

FT-nin məlumatına görə, bu il İsrail Maliyyə Nazirliyi banklara və tütün məmulatlarına vergiləri artırmağı, dövlət qulluğunda işə qəbulu dayandırmağı və dövlət qulluqçularının maaşlarının artırılmasını təxirə salmağı, 2025-ci ildə ƏDV dərəcəsini 17%-dən 18%-ə qaldırmağı planlaşdırır.

Mənbə: Financial Times

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki