image-2000x150px
image-123
image-ads_atlas
image-b6f698ab-4135-3323-946f-79e40267cd6e_850backend

İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinə zərbələr endirib

image-728x90px
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullahın bir neçə obyektinə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin Telegram kanalında məlumat yayılıb.

Qeyd olunur ki, zərbələr digər şeylərlə yanaşı, Zibkin bölgəsindəki hərbi obyektə, Xiam və Hula bölgələrindəki iki əməliyyat infrastruktur obyektinə, həmçinin Odayseh bölgəsindəki hərbi obyektə endirilib.

Bundan əvvəl Hizbullah İsrail artilleriya diviziyasının qərargahına PUA hücumu həyata keçirib.

Livanda İsrail ordusunun pilotsuz uçan aparatının hücumu nəticəsində 3 nəfərin həlak olduğu da bildirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki