image-n1karobka_ads
image-123
image-693f740102e8bd7d74302595backend

İsrail Qərb Sahilində 19 yaşayış məntəqəsinin yaradılmasını və qanuniləşdirilməsini təsdiqlədi

image-ad_qayo_720x110px

İsrail Nazirlər Kabineti işğal olunmuş Qərb Sahilində 19 yaşayış məntəqəsinin yaradılması və qanuniləşdirilməsi ilə bağlı qərarı təsdiqləyib.

Doğru.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qərara əsasən, bəziləri 20 ildən artıqdır mövcud olan yaşayış məntəqələri rəsmi status alacaq. Eyni zamanda plan 2005-ci ildə boşaldılmış iki postun yenidən bərpasını da nəzərdə tutur.

Fələstin Muxtariyyətinin rəsmiləri qərara sərt reaksiya veriblər. Fələstin prezidentinin sözçüsü Nabil Əbu Rudeyneh bildirib ki, İsrailin bütün yaşayış məntəqələri fəaliyyəti qanunsuzdur və beynəlxalq hüququn, eləcə də beynəlxalq legitimliyə dair qətnamələrin açıq şəkildə pozulmasıdır.

Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Qüvvələri (İMQ) və yəhudi dövlətinin Şin Bet Təhlükəsizlik Xidməti (Şabak) tərəfindən Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının əsas liderlərindən biri olan Raed Saadın məhv edildiyi açıqlanmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki