image-n1karobka_ads
image-123
image-66faf21102e8bd685961bd60backend

İsrailin atəşi nəticəsində bir milyona yaxın livanlı qaçqın düşüb

image-ad_qayo_720x110px

Sentyabrın 23-dən bəri bir milyona yaxın Livan sakini İsrailin atəşi nəticəsində qaçqın vəziyyətinə düşüb.

Bu barədə Livan hökuməti yanında fövqəladə hallar mərkəzinin koordinatoru Nasser Yasin məlumat verib.

Bizim hesablamalara görə, bir milyondan çox livanlı evlərini tərk edərək qaçıb – bu, Livan əhalisinin təxminən dörddə biri deməkdir.

Yasin onu da əlavə edib ki, 856 müvəqqəti yaşayış mərkəzində 157 min insan yerləşdirilib.

Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant Livanın şiə hərəkatı “Hizbullah”a qarşı müharibənin növbəti mərhələsinin tezliklə başlandığını elan edib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki