İsveçin telekommunikasiya konserni Ericsson 2022-ci ildə Rusiyada 2,36 milyard rubl məbləğində xalis zərərin olduğunu bildirib.
TASS xəbər verir ki, bu barədə qurumun Rusiya hüquqi şəxsinin materiallarında məlumat verilib.
Ötən il satışdan zərər 1,57 milyard rubl, 2021-ci ildə isə 863 milyon rubl mənfəət qeydə alınıb. Ericsson-un 2022-ci il üçün Rusiyadakı gəliri 42% azalaraq 2,86 milyard rubl təşkil edib.
Fevralın 24-də Reuters şirkətin rəsmi mesajına istinadən bildirib ki, Ericsson şirkətin xərclərini azaltmaq üçün 8,5 mindən çox insanı ixtisar etmək niyyətindədir. Agentliyin məlumatına görə, 31 dekabr 2022-ci il tarixinə şirkətdə 105 529 nəfər işləyirdi.
Mənbə: TASS
Doğru.az