ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FRS) və İngiltərə Bankının Prudensial Tənzimləmə Təşkilatı İsveçrənin Credit Suisse (CS) bankını risklərin idarə edilməsi pozuntularına görə 387 milyon dollardan çox cərimələyib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Nəşr qeyd edir ki, Prudensial Tənzimləmə Qurumunun hərəkətləri razılaşdırılmış qlobal qətnamənin bir hissəsidir.
İngiltərə Bankının bəyanatında vurğulanır ki, bu, Prudensial Tənzimləmə Qurumunun tətbiq etdiyi ən yüksək cəzadır və araşdırmanın tənzimləyicinin dörd əsas qaydasının pozulmasını aşkar etdiyi yeganə vaxtdır.
Cərimə tətbiq edilməsinə səbəb bank tərəfindən 2020-ci il yanvarın 1-dən 31 mart 2021-ci il tarixinədək olan dövrdə risklərin idarə edilməsi sahəsində yol verilmiş ciddi qanun pozuntularıdır.
Mənbə: RİA Novosti