image-n1karobka_ads
image-123
image-454516backend

İyulun 7-dən magistratura ixtisas seçimi başlayacaq

Doğru.az xəbər verir ki, iyulun 7-dən 13-dək ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Magistraturaya qəbul zamanı istifadə olunan ixtisaslaşmaların bakalavr ixtisaslarına uyğunluq cədvəlinin son variantını (“Magistr” №3, 2025) www.abiturient.az saytından və ya DİM-in rəsmi saytında “Elektron xidmətlər” bölməsində ödəniş əsasında əldə etmək mümkündür.

Magistraturaya qəbul üçün ixtisaslaşma seçimi barədə elan və qəbul planı isə bu həftə ərzində “Magistr” №4 jurnalında dərc olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki