image-n1karobka_ads
image-123
image-dc62e033047b6f538de8c44651e1fd9d_6584478d8e79c3a9f5647cd865f499ed1568711015_untitled-1-jpgbackend

İyulun 8-i üçün hava proqnozu: əsasən yağmursuz, bəzi yerlərdə qısamüddətli yağış

Azərbaycanda iyulun 8-nə gözlənilən hava şəraiti açıqlanıb.

Doğru.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin 7-dən 8-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağması ehtimalı var. Şimal-qərb küləyi mülayim əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz isə 27-32 dərəcə isti olacaq.

Rayonlarda isə hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan və dolu da yağacağı proqnozlaşdırılır. Qərb küləyi mülayim əsəcək. Temperatur gecə 20-24, gündüz 30-35, dağlıq ərazilərdə gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki