İyun ayında Rusiyanın Cənubi Koreyadan avtomobil idxalı ötən illə müqayisədə demək olar ki, iki dəfə artıb.
Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti Koreyanın statistika xidmətinə istinadla məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin iyununda Rusiyaya Cənubi Koreyadan minik avtomobillərinin idxalı 84,7 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.
Ümumilikdə isə ilin ilk altı ayında Rusiya Cənubi Koreyadan 417 milyon dollar dəyərində avtomobil idxal edib.
Qeyd edək ki, daha əvvəl Rusiya noyabr ayından etibarən Cənubi Koreyaya mayeləşdirilmiş təbii qaz (LNG) və kömür tədarükünü maksimuma çatdırmışdı.
DOĞRU.AZ