image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-16t093214-531backend

Kadidən vida məktubu və “Qarabağ” azarkeşlərinə vəd

image-728x90px

“Qarabağ”dan ayrılaraq Rusiyanın “Krasnodar” klubuna keçən Kadi Borges Ağdam təmsilçisi ilə bağlı xoş xatirələrini yazıb.

Braziliyalı yarımmüdafiəçi öz “Instagram” səhifəsindəki paylaşımında qeyd edib ki, Azərbaycanda yaşadıqları indiyə qədərki həyatında ən çılğın və ən gözəl anları olub.

“Fikirlərimi sözlə ifadə etmək istəsəm, sətirlər əskik olacaq. Forma geyindiyim müddətdə mənə hər şey verən, yanımda olan oyunçulara və məşqçilər heyətinə ürəkdən təşəkkür edirəm. “Qarabağ”a nə qədər təşəkkür etsəm, azdır. Hər birinizə Kadini yeni bir Kadiyə çevirdiyiniz üçün minnətdaram”, – K.Borges yazıb.

Kadi “Qarabağ”ın azarkeşlərini də unutmayıb:

“Təsəvvür etmədiyim dərəcədə məni qucaqlayan fanatlara xüsusi təşəkkür edirəm. Həyatımda bənzərsiz bir yeriniz oldu. İndi yeni çağırışa başlayıram. Şükür edirəm. Tanrısız bunların mümkün olmadığına əminəm. “Qarabağ”a, oyunçulara, məşqçilərə və azarkeşlərə sevgi və sonsuz ehtiramımı bildirirəm. Yenidən görüşmək ümidi ilə”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki