Baş prokuror Kamran Əliyev avqustun 29-u saat 10:00-da Nəsimi Rayon Prokurorluğunun inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.
Doğru.az xəbər verir ki, qəbul zamanı rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar, həmçinin prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı müraciət və şikayətlər dinləniləcək.
Vətəndaşlar qəbul üçün Nəsimi Rayon Prokurorluğuna yazılı və ya şifahi müraciət edə, həmçinin Baş Prokurorluğun telefon nömrələri, elektron poçt ünvanı və sosial şəbəkələr vasitəsilə müraciət edə bilərlər.
DOĞRU.AZ