image-n1karobka_ads
image-123
image-17629484345004738936_1200x630backend

“Kapital Bank” “Mashreq Bank”la tarixi sazişə imza atıb

image-ad_qayo_720x110px

Ölkənin ən böyük maliyyə institutlarından biri olan “Kapital Bank” beynəlxalq maliyyə bazarında yeni zirvəni fəth edərək, öz tarixində ilk sindikatlaşdırılmış kredit sazişini uğurla imzalayıb.

Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”ın təşkilatçılığı ilə həyata keçirilən bu tarixi saziş noyabrın 11-də Dubay şəhərində hər iki bankın rəhbərləri tərəfindən rəsmiləşdirilib. Əməkdaşlıq çərçivəsində “Kapital Bank”a 50 milyon dollar həcmində sindikatlaşdırılmış kredit vəsaitinin cəlb edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu əməkdaşlığın əsası ötən aylarda Körfəz regionunda aparılan məqsədyönlü təqdimatlar zamanı qoyulub. Belə ki, “Kapital Bank”ın baş maliyyə inzibatçısı və İdarə Heyətinin üzvü Emin Məmmədovun rəhbərliyi ilə bankın nümayəndə heyətinin Doha və Dubay səfəri çərçivəsində regionun əsas maliyyə institutlarına bankın güclü maliyyə göstəriciləri, dayanıqlı inkişaf strategiyası və gələcək investisiya planları təqdim edilib. Məhz bu təqdimatların uğurlu davamı olaraq imzalanan saziş “Kapital Bank”ın beynəlxalq maliyyə bazarında etibarlı və sabit tərəfdaş statusunu daha da möhkəmləndirib.

Tədbirdən dərhal sonra sosial media kanalında paylaşım edən “Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynov bu əməkdaşlığı yüksək qiymətləndirib: “Bu əməkdaşlıq bankımızın maliyyə dayanıqlılığını artırmaqla yanaşı, həm də Azərbaycanın maliyyə sektoru üçün yeni beynəlxalq imkanlar yaradır. Bir ekosistemin əsas hissəsi olaraq gələcək hədəfimiz beynəlxalq tərəfdaşlıqları keyfiyyətcə yeni səviyyəyə qaldırmaqdır. Biz bu resursları ölkəmizin rəqəmsal transformasiya prosesini gücləndirməyə və uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin edən layihələrə yönəldərək ölkə iqtisadiyyatına dəyər qatmağa davam edəcəyik”.

Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün – https://kbl.az/prcrc.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki