image-n1karobka_ads
image-123
image-17652878674697263204_1200x630backend

Kapital bazarlarının inkişafı strateji prioritetdir

image-ad_qayo_720x110px

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “PAŞA Holdinq”in təşkilatçılığı və “Deloitte Azərbaycan”ın tərəfdaş dəstəyi ilə keçirilən “Business Talks by PASHA Holding” tədbirində çıxış edib.

Doğru.az xəbər verir ki, AMB sədri kapital bazarlarının inkişafının dövlət üçün strateji prioritet olduğunu qeyd edib. O, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində bazara yeni alətlərin çıxışı və ilkin kütləvi yerləşdirmələrin daha əlçatan olmasının investor marağını artırdığını vurğulayıb.

“Deloitte Azərbaycan”ın idarəedici partnyoru Nuran Kərimovun moderatorluğu ilə keçən sessiyada Taleh Kazımov sektora olan etimadın gücləndirilməsinin vacibliyini qeyd edib və müntəzəm məlumatlandırma, görüş və təlimlərin keçirildiyini diqqətə çatdırıb.

“PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov isə kapital bazarlarını hər bir ölkənin iqtisadi dayanıqlığını göstərən əsas indikatorlardan biri adlandırıb.

Tədbirin sonunda korporativ sektor nümayəndələrinin fikirləri və gözləntiləri dinlənilib. Tədbir “Business Talks by PASHA Holding” təşəbbüsü çərçivəsində dövlət və özəl sektor arasında peşəkar dialoqu təşviq etmək məqsədilə təşkil olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki