image-n1karobka_ads
image-123
image-6ef8603b-977c-3f9b-9cef-e4a444efb56c_850backend

Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb

image-ad_qayo_720x110px

Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən doqquz ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub. Bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, iki ədəd partlayıcı başlığı, iki ədəd “M-75” əl qumbarası, dörd ədəd avtomat darağı və çox sayda patron aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki