Xəbər verdiyimiz kimi,Fövqəladə hallar nazirinin müavinləri general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin tutduqları vəzifələrindən azad ediliblər.
Oxu24.com-un əldə etdiyi məlumata görə,işdən azad olunan Orucəli Hacıyevin yerinə hazırda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsini tutan Cəbrayıl Eldar oğlu Xanlarov təyin olunub.
Qeyd edək ki,Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
DOĞRU.AZ

























