image-2000x150px
image-123
image-ads_atlas
image-17199172464250843901_1200x630backend

Kənd təsərrüfatı naziri Xaçmazda taxıl biçini prosesini izləyib – FOTO

image-728x90px

Respublikada taxıl biçini davam edir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz rayonunda taxıl biçininin təşkili prosesini izləyib, fermerlərlə görüşüb.

Bu barədə Doğru.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu il Xaçmaz rayonunda 18942 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 12029 hektarını buğda, 6913 hektarını arpa sahələri təşkil edir. Rayonda biçin prosesində 48 kombayn iştirak edir. Bunlardan 28-i fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 20 kombayn dislokasiya edib.

Artıq rayon üzrə zəmilərin 45,2 faizində biçin başa çatıb. Başqa sözlə, bu günədək 8570 hektar sahədə biçin yekunlaşıb, sahələrdən 25126,5 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 29,3 sentnerdir.

Nazir Məcnun Məmmədov rayonun Alıcıqışlaq kəndində taxıl biçini prosesində iştirak edib, yerli fermerlərlə görüşüb, biçinin sürətli və itkisiz təşkili üçün görülən işlər barədə məlumat verib. “Azərbaycan-Türkiyə Toxum Araşdırma Ortaq Müəssisəsi”nin rəhbəri İmamhüseyn Şirinov biçin aparılan 28 hektar sahədə “Qobustan” buğda sortunun əkildiyini, sahədən orta hesabla 44-46 sentner məhsul gözlədiklərini bildirib.

Fermerlərlə müzakirələrdə taxılçılığın inkişafı, düzgün toxum seçimi, gübrə normaları, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına riayət etmək, yeni becərmə üsulları, dövlət dəstəyi mexanizmləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Aqrar sahənin inkişafı ilə bağlı fermerlərin təklifləri qeydə alınıb, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, artıq payızlıq əkin sahələrinin 58 faizində biçin başa çatıb.

Artıq 588 577 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 1 052 160 ton arpa, 825 419 ton buğda yığılıb. Arpa sahələrinin 83,1 faizində, buğda sahələrinin isə 40,1 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,8 sentner, buğda üzrə isə 35,1 sentner təşkil edir.

Hazırda respublikanın rayonlarında intensiv biçin prosesi gedir.

DOĞRU.AZ

image-17199172463581321300_1200x630 image-1719917246225963149_1200x630 image-17199172462063138440_1200x630 image-17199172462636523759_1200x630 image-17199172462965416524_1200x630 image-17199172462861954132_1200x630 image-171991724651328104_1200x630 image-17199172464213654122_1200x630 image-171991724619156132_1200x630 image-1719917246494040154_1200x630 image-17199172462948953822_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki