image-n1karobka_ads
image-123
image-17194769982081359629_1200x630backend

Kənd təsərrüfatı nazirinin müavini Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib – FOTO

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov iyunun 27-də Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zərdab və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a verilən məlumata görə, qəbulda vətəndaşların müraciətləri əsasən təsərrüfatların azad olunmuş ərazilərdəki yaylaqlara köçürülməsi, təsərrüfat suyu ilə təminat, barama tədarükü və digər məsələlərlə bağlı olub.

Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir müavini qəbuldan sonra Zərdab DAİM-in kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyan prosesi ilə maraqlanıb.

Qəbuldan sonra nazir müavini pambıq sahələrinə baxış keçirib, əkinlərin vəziyyəti, aqrotexniki qulluq tədbirləri, gübrə və pestisid təminatı ilə maraqlanıb, fermerlərlə pambıqçılığın inkişafı, dövlət dəstəyi mexanizmləri barədə söhbət aparıb.

Fermerlərin təklifləri qeydə alınıb, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verilib.

DOĞRU.AZ

image-1719476998185816527_1200x630 image-17194769982810917009_1200x630 image-17194769981815431310_1200x630 image-1719476998141012011_1200x630 image-17194769983486952573_1200x630 image-1719476998404986233_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki