Rusiya Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, Kursk, Bryansk və Belqorod vilayətlərində fermerlər və kənd təsərrüfatı müəssisələri kredit ödənişlərini azalda və ya əsas borcun ödənilməsini təxirə sala biləcəklər.
“Sərhəd rayonlarından olan fermerlər kreditləri restrukturizasiya edə biləcəklər. Bu fürsəti Rusiya Kənd Təsərrüfatı Bankı təmin edib”, – deyə departamentin Teleqramında deyilir.
Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, biznesi Rusiyanın üç müvafiq regionunda yerləşən fermerlər və müəssisələr aylıq ödənişlərini azalda və ya əsas borcun ödənilməsini təxirə sala biləcəklər.
Bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin Kursk vilayətində sahibkarlara vergi və sığorta haqlarının ödənilməsində möhlət verilməsi barədə göstəriş vermişdi.
Mənbə RİA Novosti