image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-13backend

Kişi olduğu iddia edilən qadın futbolçu ilə bağlı qərar verildi

image-728x90px

Tokio Olimpiadasında Niderland və Çinə qarşı oyunlarda het-trik edən Zambiya qadın millisinin ulduzu Barbra Banda keçən ilin iyununda “Real” və iyul ayında Afrika Millətlər Kuboku üçün testlərdən keçə bilməyib.

Səbəb kimi onun qanında kişi hormonunun (testosteron) yüksək olduğu göstərilib. Buna görə də o, son yarışlarda ölkəsinin yığmasına kömək edə bilməyib.

Bununla belə, həm də peşəkar boksçu olan Zambiya kapitanı dünya çempionatında mübarizə apara biləcək. Artıq yekun qərar verilib və hər hansı problemin olmadığı bildirilib.

2015-ci ildə Zimbabvenin qadınlardan ibarət milli komandası Bandanın kişi olduğunu iddia edərək meydanı tərk etmişdi. O, Olimpiya Oyunlarında ardıcıl matçlarda het-trik edən ilk qadın oyunçudur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki