image-n1karobka_ads
image-123
“Kişi sözünün kişi qəhrəmanı”- FOTObackend

“Kişi sözünün kişi qəhrəmanı”- FOTO

image-ad_qayo_720x110px

Kim nə, deyirsə desin hər bir aktyorun yaradıcılığında möhrünü vurduğu bir obraz olur.Tamaşaçı hər onu görəndə məhz bu obrazla xatırlayır, sevir. Azərbaycanın xalq artisti Əjdər Həmidov da məhz bu filmdəki obrazla özünü tanıda, sevdirə bildi..

Doğru.az xəbər verir ki, bu filmdən sonra saysız hesabsız teatrda, filmlərdə rollara imza atsa da “Kişi sözünün” yeri özəl olaraq qaldı. Düşünürəm ki, bu obraz bəlkə də ona görə kütləvi şöhrət qazandı ki, obrazın saflığı, dürüstlüyü, kişiyanə jestləri elə aktyorun özünə də məxsus keyfiyyətlər idi ki, rola da, yabancı təsir etmədi.
Əjdər Həmıdov bütün rollarında səmimi olmağı bacardı. Və bu səmimiyyəti tamaşacıya o qədər məharətlə ötürə bildi ki, nəticədə hər kəsin sevgisini qazana bildi. Aktyorun teatr səhnəsində bir birindən maraqlı obrazları bizə tanışdır. Teatr əlbəttə ki, onunla canlı, ünsiyyət ücün əvəzolunmaz məkan idi.
Təəsüf ki, sevilən aktyoru insultdan itirdik.Və bu itki teatr, kino, incəsənətimiz üçün ağır itkidir. Amma nəzərə alsaq ki minlərlə insanın könlündə iz qoyan aktyor unudulmayacaq. Filmlərdə, tamaşalarda baxıldıqca yaşayacaq bax o zaman, sənətin ölməzliyini dərindən dərk edərik.

Təranə Feyzullayeva.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki