image-n1karobka_ads
image-123
image-6949d4e2ae5ac9728c6dae80backend

Kobaxidze: Diplomatiya yox, ticarət davam edir

image-ad_qayo_720x110px

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2”yə verdiyi müsahibədə bildirib ki, Gürcüstanın Rusiyaya münasibəti açıqdır, öz qırmızı xətləri mövcuddur, lakin ticarət və iqtisadi əlaqələri qoruyan praqmatik siyasət yürüdülür.

Doğru.az xəbər verir ki, Kobaxidze Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi məsələsi açıq qaldığı müddətcə Moskva ilə diplomatik münasibətlərin əhəmiyyətli dərəcədə bərpa edilməsinin mümkün olmadığını vurğulayıb:

“…ərazilərimizin 20%-i, yəni iki tarixi bölgəmiz işğal altında olduğu müddətcə, diplomatik münasibətləri bərpa etmək mümkün deyil”.

O, eyni zamanda Tbilisinin Moskva ilə ticarət-iqtisadi əlaqələrini qoruduğunu qeyd edib:

“Diplomatik münasibətlərimiz yoxdur, amma ticarət-iqtisadi əlaqələrimiz var və biz yenidən praqmatik siyasət yürüdürük. Məqsədimiz münaqişəni sülh yolu ilə həll etməkdir”.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə direktoru Mixail Kalugin bildirib ki, Moskva Gürcüstanla münasibətlərin normallaşdırılmasına sadiqdir, ancaq bu, Rusiyaya qarşı oyunlarda “sövdələşmə əşyası”na çevrilməməlidir. Eyni zamanda, Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin Gürcüstana kompensasiya qərarına əməl etməyəcəyini bildirib.

Cənubi Osetiyanın xarici işlər naziri Axsar Cioyev isə Gürcüstanı Rusiyanın Cənubi Osetiyanı tanımasını qəbul etməyə və konstruktiv münasibətlər qurmağa çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki