image-n1karobka_ads
image-123
image-97782d9a-7638-35fa-b065-c1266d939bdb_850backend

Konfrans Liqası: Daha üç komanda növbəti mərhələyə vəsiqə qazandı – YENİLƏNİB

UEFA Konfrans Liqasında gecənin oyunlarından sonra 1/8 finalın daha 3 iştirakçısı bəlli olub.

“Basel” doğma meydanda “Trabzonspor”a 2:0 hesabı ilə qalib gəlməklə adını növbəti mərhələyə yazdırıb.

“Fiorentina” isə səfərdə olduğu kimi evdə də “Braqa”dan üstün olub.

Daha bir meydan sahibi “Lex” komandası da doğma meydan amilindən istifadə edərək minimal hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlməyə haqq qazanıb.

00:40

“Anderlext” (Belçika) – “Ludoqorets” matçının qalibi penaltilər seriyasında müəyyən olunub. Meydan sahibləri zərbələri daha dəqiq yerinə yetirərək növbəti mərhələyə yüksəliblər. Qələbə üçün Belçika təmsilçisinə cəmi 3 penaltini dəqiq yerinə yetirmək kifayət edib. Belə ki, qonaq komanda ilk zərbədə qapıçını məyus edə bilməyib.

23:48

UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.

“Report”un məlumatına görə, gecənin ilk matçlarından sonra 1/8 finalın daha 3 iştirakçısı bəlli olub.

İtaliyanın “Latsio”, Kiprin AEK və Moldovanın “Şerif” komandaları növbəti raunda vəsiqə qazanıblar.

“Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan) matçında isə ümumi hesab bərabər (2:2) olduğundan əlavə vaxt oynanılacaq.

Qeyd edək ki, digər 4 cavab matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunları

23 fevral

21:45. “CFR Kluj” (Rumıniya) – “Latsio” (İtaliya) – 0:0
Qırmızı vərəqə: Karlo Muxar, 77
İlk oyun – 0:1

21:45. “Dnepr-1” (Ukrayna) – AEK (Larnaka, Kipr) – 0:0
İlk oyun – 0:1

21:45. “Partizan” (Serbiya) – “Şerif” (Moldova) – 1:3
Qollar:
 Kvensi Meniq, 13 – Sedrik Badolo, 22. Məhəmməd Diop, 45+1; 47
İlk oyun – 1:0.

21:45. “Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan) – 2:1 (ƏLAVƏ VAXT)
Qollar:
 Franko Russo, 13 (avtoqol). Yari Versxaren, 68 – İqor Tyaqo, 71
İlk oyun – 0:1

00:00. “Bazel” (İsveçrə) – “Trabzonspor” (Türkiyə)

İlk oyun – 0:1

00:00. “Lex” (Polşa) – “Budo Qlimt” (Norveç)

İlk oyun – 0:0

00:00. “Fiorentina” (İtaliya) – “Braqa” (Portuqaliya)

İlk oyun – 4:0

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki